Home / Aktual / Qətərin nüfuzlu qəzetləri Azərbaycandan yazdı

Qətərin nüfuzlu qəzetləri Azərbaycandan yazdı

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ölkəmizin Qətər Dövlətindəki səfirliyinin təşəbbüsü ilə Qətərin ərəbdilli “Əl-Şərq” və “Raya” qəzetlərində məqalələr dərc edilib. Bu barədə DiasporNews-a səfirlikdən məlumat verilib.

Məqalələrdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun mətbuat açıqlamasına istinad edilərək 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu xatırlanıb və yeni dövlətin 1918-1920-ci illərdə fəaliyyət göstərmiş, müsəlman Şərqinin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunduğu qeyd edilib. Yetmiş ildən sonra müstəqilliyini bərpa edən Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyata malik dövlətlərindən olduğu vurğulanıb.

Yazılarda Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə də geniş yer verilib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və iki ölkə arasında imzalanmış 31 sənədin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilərək, ölkələrarası ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Bundan başqa, ölkəmizdəki mövcud əlverişli investisiya mühiti və turizm imkanlarından danışılıb.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600