Home / Aktual / “QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Novruz bayramı ərəfəsində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti də milli-mədəni tədbirlərə start verir. 16 mart tarixində Cəmiyyətin ofisində əcnəbilər üçün Novruz bayramının tarixi, ənənələri barədə təqdimat keçirilib, qonaqlara Novruz şirniyyatı təqdim olunub. Tədbirdə yunan, türk, ingilis, rumın və başqa millətlərdən olan gənclər iştirak ediblər. Novruz bayramının təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Gənclər yumurta döyüşmək, papaq atmaq və s. kimi adətlərimizi sınaqdan keçirmiş, milli geyimlərimizdə şəkillər çəkdirmişlər və milli musiqilərimizlə rəqs ediblər. Afina-Makedoniya xəbər agentliyi və Radio Proktorio 104.9 fm jurnalisti xanım Sofia Prokopidou tədbirdən kiçik reportaj hazırlayıb. Qarşıdakı günlərdə Novruz bayramının daha geniş auditoriyaya təqdim edilməsi üçün böyük tədbirin keçirilməsi nəzərdə tutulur.

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600