Home / Aktual / “Erməni diaspor təşkilatlarına zərbələr endirəcəyik” – Komitə sədri

“Erməni diaspor təşkilatlarına zərbələr endirəcəyik” – Komitə sədri

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar mərasim keçirilib. DiasporNews-un xəbərinə görə, komitə sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.

Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb. Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib:

“Bizim əsas məqsədimiz odur ki, dünyadakı bütün azərbaycanlıları birləşdirək. İndi kimsə fikirləşə bilər ki, gənc komitə sədridir, danışır, hər təzə gələn belə danışır. Amma belə deyil. Bizim qapımız bütün azərbaycanlılara açıqdır. Diaspor rəhbərlərimiz çox uğurlu fəaliyyət göstərirlər və cənab prezidentimiz də bunu daim qiymətləndirir”.

Komitə sədri deyib ki, ermənilər çirkin əməllərindən əl çəkməlidirlər: “Ermənilər yaşadıqları ölkələrdə Azərbaycana qarşı təxribat törədirlər. Buna görə də Azərbaycanın diaspor təşkilatları birləşməlidir. Azərbaycanın torpaqları altındadır. Onlar bilməlidirlər ki, biz yaxın zamanlarda onlara zərbələr endirəcəyik”.

Mərasimdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib. Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600