Home / Aktual / Qara Qarayev Musiqisi Budapeştdə

Qara Qarayev Musiqisi Budapeştdə

Macarıstanın Budapeşt şəhərində, Tətbiqi İncəsənət Sarayında ( MÜPA Budapeşt)  bir Türkiyəli və üç Yapon sənətçidən qurulmuş “Karayev Quartet” adlı qrupun klassik musiqi konserti baş tutub. DiasporNews xəbər verir ki, konsert Azərbaycan Xalq Cumhuriyyətinin və görkəmli bəstəkarımız Qara Qarayevin 100 illiyinin xatirəsinə həsr olunmuşdur. Həmçinin konsertin, Bakının işğaldan azad olunmasının tarixi olan 15 Sentyabr günü gerçekleşməsi ayrıca əhəmiyyət kəsb edirdi. Konsertə yerli əhali, xarici vətəndaşlar, Azərbaycanlı soydaşlarımız, da böyük maraq göstərmişdi. Habelə “Azərbaycan-Macarıstan Gənclər Birliyi” təşkilatının fəal üzvləri və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyindən katib heyəti də  qonaq qismində  yer almışdılar.  Konsertin əvvəlində “Karayev Quartet” musiqi qrupunun yaradıcısı, Liszt Akademiyasının magistr tələbəsi olan violin sənətçisi Mevsim Engin, gələn qonaqlara dahi sənətkar Qara Qarayevdən ilhamlanaraq “Quartet”-ə onun ismini verdiklərini , proqramda Qarayevin simli Quartet üçün yazdığı 2 nömrəli əsərini də ifa edəcəklərini bildirdi. Eyni zamanda Q. Qarayevin yaradıcılığından da auditoriyaya qısa məlumat verildi.

Konsert sonunda tamaşaçılar öz növbələrində bu mötəbər konsertdən böyük qürur və fərəh hissi duyduqlarını, mədəniyyətimizin dünyaca məşhur dəyərlərə sahib olduğunu və qədim soykökə uzandığını ifadə etdilər. Konsertin sonunda təşkilat üzvləri öz təşəkkürlərini ifaçılara bildirərək gələcək əməkdaşlıq perspektiflərindən danışdılar və birlikdə xatirə şəkli çəkdirdilər.

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600