Home / Aktual / Qazaxıstan telekanalında Azərbaycan filmləri nümayiş olunacaq

Qazaxıstan telekanalında Azərbaycan filmləri nümayiş olunacaq

Qazaxıstanın “El Arna” televiziya kanalında yanvarın 7-dən başlayaraq bir həftə ərzində hər gün Azərbaycan filmləri nümayiş olunacaq. Milli kinomuzun 120 illiyinə həsr edilən “Azərbaycan kino həftəsi”ndə ən məşhur filmlər qazax dilinə dublyaj olunaraq subtitrlə tamaşaçılara təqdim ediləcək.

Həftə ərzində “El Arna” telekanalında Azərbaycan kinosunun incilərindən olan “Nizami”, “Bir qalanın sirri”, “İsmayıl bəyin mücrüsü”, “Qayınana”, “Arşın mal alan”, “Məhəbbət haqqında dastan”, “Onun böyük ürəyi”, “Ögey Ana”, “Gün keçdi” və başqa filmlər nümayiş olunacaq.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600