Home / Aktual / Qırğızıstanla əməkdaşlıq müzakirə edilib

Qırğızıstanla əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşüb. D.Sıdıkov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə səmimi görüşünü xatırlayaraq bildirib ki, ölkələrimizin dövlət başçıları arasında olan yaxın münasibətlər ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayır.

Səfir qeyd edib ki, dost ölkələrimiz arasında əməkdaşlığın və münasibətlərimizin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Bildirilib ki, son vaxtlar Qırğızıstanın Azərbaycanla əməkdaşlığa marağı daha da artıb. Hazırda müxtəlif sahələr üzrə əməkdaşlıq yüksək dinamika ilə inkişaf edir.

D.Sıdıkov bildirib ki, Qırğızıstan ilə Azərbaycan beynəlxalq miqyasda da hər zaman bir-birinin mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Son illər ərzində Azərbaycan-Qırğızıstan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişlənməsini məmnunluqla vurğulayan səfir ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

H.Orucov müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına təkan vermək məqsədilə Azərbaycan ilə Qırğızıstan arasında Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın 3-cü iclasının tezliklə Bişkek şəhərində keçirilməsinin vacibliyini vurğulayıb.

D.Sadıkov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, digər aktual məsələlər müzakirə olunub.

DiasporNews

Check Also

Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş elmi seminar təşkil edilib

Azərbaycan Gənclik Platforması və “Elmi Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə …

160*600