Home / Aktual / Rəhman Mustafayev Oksitan regionunda səfərdə olub

Rəhman Mustafayev Oksitan regionunda səfərdə olub

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev İkinci Dünya müharibəsində Fransa uğrunda vuruşmuş azərbaycanlı partizanların xatirəsini yad etmək üçün Oksitan regionunda səfərdə olub.

Regiona səfəri çərçivəsində səfir Oksitan Regional Şurasının üzvləri Tiyeri Kotel və Od Lümo-Preseptis ilə görüşüb. R.Mustafayev bildirib ki, azərbaycanlı partizanların qəhrəmanlığı iki ölkə arasında uzun tarixi əlaqələrin göstəricisidir. O, ölkəmizin regionda aparıcı mövqeyi və rolu haqqında ətraflı danışıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rolundan, enerji daşıyıcılarının diversifikasiyasından söz açıb. İqtisadi əlaqələrin inkişafında siyasi əlaqələrin inkişafının və siyasi dəstəyin əhəmiyyətinə toxunub.

Azərbaycanın iqtisadi inkişafı haqqında ətraflı məlumat verən səfir bu istiqamətdə həyata keçirilən islahatlardan danışıb. Ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı, bu sahədə innovasiyalar, aqro-ərzaq sahələrinə böyük önəm verildiyini və bu sahələrdə əməkdaşlıqda maraqlı olduğumuzu diqqətə çatdırıb.

Tiyeri Kotel də Oksitan regionunun iqtisadi inkişafı haqqında məlumat verib. Regionda ölkənin böyük Milli Kosmik Mərkəz olmasından, kosmos və kənd təsərrüfatı əlaqələrindən, satelitlərin sayəsində robotların tətbiq edilməsi ilə kənd təsərrüfatının rentabelliyinin artmasından danışıb. İqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını olduğunu vurğulayıb.

Regionda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış liseylərin, universitetin və tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600