Home / Aktual / Rusiya hökuməti Azərbaycanla sazişi bəyənib

Rusiya hökuməti Azərbaycanla sazişi bəyənib

Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Azərbaycanla sazişin layihəsi Rusiya hökuməti tərəfindən bəyənilib.

DiasporNews RF Hökumətinin saytına istinadla xəbər verir ki, neftin, təbii qazın və elektrik enerjisinin ixracı və idxalı zamanı gömrük rüsumlarının və dövlət büdcəsinə digər yığımların hesablanmasının nizamlanması haqqında Moskva ilə Bakı arasında sazişin layihəsi bəyənilib.

Saytda dəqiqləşdirilir ki, saziş layihəsi iki ölkə arasına iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2016-cı il dekabr ayında Bakıda keçirilmiş XVI iclasının yekunlarına əsasən gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hazırlanıb.

Məlumatda deyilir: “Saziş imzalanacağı təqdirdə onun reallaşdırılması elektrikötürücü xətlər (elektrik enerjisi) və boru kəməri (neft, təbii qaz) ilə keçirilən malların gətirilməsi və ya aparılması zamanı tutulan gömrük rüsumlarının, vergilərin və digər yığımların düzgün hesablanmasını təmin edəcək”.

DiasporNews

Check Also

Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600