Home / Aktual / Rusiya və Azərbaycan qardaş xalqlardır – Peskov

Rusiya və Azərbaycan qardaş xalqlardır – Peskov

Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. D.Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

“Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz”, – deyən Dmitri Peskovun sözlərinə görə iki ölkə arasında çoxşaxəli münasibətlər var. Kremlin rəsmi nümayəndəsi deyib: “Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600