Home / Aktual / Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində 10 gün əvvəl itkin düşən 11-ci sinif şagirdi, əslən azərbaycanlı Günel Rəhim qızı Dadaşovanın cəsədi tapılıb. Meyiti Uda çayı yaxınlığında zibillikdə tapılan 17 yaşlı qız bıçaqlanaraq öldürülüb. Güneli qətlə yetirməkdə şübhəli bilinən 15 və 17 yaşlı yeniyetmələr həbs olunub. Onlar polisə ifadələrində G.Dadaşovanı tamah məqsədilə öldürdüklərini etiraf ediblər.

Məktəblilərdən biri imkanlı ailənin qızı olan Güneli aldadaraq mənzilinə aparıb. Onu evdə qətlə yetirən yeniyetmələr daha sonra cəsəddən xilas olmaq üçün zibilliyə atıb. Cinayətin Günelin puluna və mobil telefonuna görə törədildiyi ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb.


DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600