Home / Aktual / Rusiyada cinayət törədən 2 azərbaycanlı həbs edildi

Rusiyada cinayət törədən 2 azərbaycanlı həbs edildi

Rusiyanın Kaluqa vilayətində İsmayıl Cəbrayılov və Qəşəm Mahmudov adlı iki azərbaycanlı quldurluqda təqsirli bilinərək müvafiq olaraq ciddi rejimdə 8 il və 9 il həbs cəzasına məhkum ediliblər.

2017-ci ilin noyabr ayında adı bəlli olmayan başqa şəxslərlə birlikdə onlar “Mercedes” avtomobili ilə “QAZel”in yolunu kəsərək sürücü və bir nəfər sərnişindən quldurluq yolu ilə mobil telefon və 400 min  rubldan çox pul (10 min manatdan çox) alıblar.

Məhkəmədə müttəhimlər özlərini qismən təqsirli bilərək tanımadıqları iki nəfərə borcu qaytarmaqda kömək etmək istədiklərini bildiriblər.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600