Home / Aktual / Rusiyada qəzada yaralanan 6 azərbaycanlı Bakıya göndərildi

Rusiyada qəzada yaralanan 6 azərbaycanlı Bakıya göndərildi

“Rusiyanın Stavropol diyarında baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlılardan 6-sı Bakıya yola salınıb”. DiasporNews xəbər verir ki, bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin səlahiyyətlərinin icraçısı Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, digər yaralıların vəziyyəti diqqətdə saxlanılır: “Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə bu ölkədəki diaspora nümayəndələrimiz qəzadan zərər çəkənlərlə biləvasitə maraqlanıblar. Qəzadan sonra zərər çəkmiş 10 nəfər Levokumsk rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Onlardan 6-sı artıq Bakıya yola salınıb. Hazırda 4 nəfər xəstəxanadadır. Onların da vəziyyətləri stabildir”.

Qeyd edək ki, yanvarın 6-da Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı mikroavtobus aşıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsidir.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600