Home / Aktual / Rusiyada Tahir Salahovun rəsmləri oğurlanıb

Rusiyada Tahir Salahovun rəsmləri oğurlanıb

Rusiyanın paytaxtı Moskvada SSRİ xalq rəssamı Tahir Salahovun rəsmləri oğurlanıb. Dələduzlar T. Salahovun iki sənət əsərini oğurlayıblar. Hazırda rəsmlərin ümumi dəyəri qiymətləndirilir. Məlumatda qeyd edilir ki, Tahir Salahovun rəssam və qalereyaçı qızı Aydan Salahova ötən il tanımadığı dilerlərlə atasının iki sənət əsərinin satışı ilə bağlı razılığa gəlib.
Dilerlər sənət əsərlərini götürdükdən sonra Salahova ilə əlaqəni kəsiblər. A. Salahova artıq aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət edib. Dələduzların axtarışlarlarına başlanılıb.
DiasporNews

Check Also

Bakıda piket keçirilib

Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası iləAzərbaycan Dövlət İqtisad Universiteti arasında …

160*600