Home / Aktual / Rusiyada yaddaşını itirmiş azərbaycanlı yaxınlarını axtarır

Rusiyada yaddaşını itirmiş azərbaycanlı yaxınlarını axtarır

Rusiyanın Moskva vilayətindən olan könüllülər Azərbaycanın Şəki rayonunun sakini olmuş Asim Məhərrəmov adlı yaşlı kişinin yaxınlarını axtarırlar.  İstiPress-in məlumatına görə, Məhərrəmov Asim Qasım oğlu ilə Moskvadan olan könüllü bu ilin fevralında Samara-Moskva qatarında rastlaşıb. Məlum olub ki, 74 yaşlı Asimi qatara Azərbaycanın Moskvadakı səfirliyinə getmək və itmiş sənədlərini bərpa etmək üçün oturdublar. Ona qatara bilet almağa polislər kömək edib. Asim Məhərrəmov Samara vilayətinin Sızran şəhərində yaşayıb.

Moskvadan olan könüllü yaşlı azərbaycanlıya kömək etməyi qərara alıb. Onlar birlikdə Azərbaycanın Moskvadakı səfirliyinə gediblər. Lakin Asim yaddaşında yaranmış problemə görə özü barədə kifayət qədər informasiya verə blməyib. Ona görə də səfirlikdə yaşlı kişidən xahiş ediblər ki, şəxsiyyətini təsdiq edən hansısa sənədi tapıb təqdim eləsin. Hazırda Asim Moskva vilayətində yaşlılar üçün ödənişli pansionatda yaşayır. Fiziki baxımdan heydən düşmüş vəziyyətdədir.

Asim barədə əldə edilmiş informasiyalar bunlardır: 1944-cü il aprelin 20-də anadan olub. Valideyinləri Qasım və Əminədir. Qardaş və bacıları-Rasim, Talıb, Sədaqət, Salamat. Arvadının adı Səlimə. Oğlu Elsevər (məlum olan budur ki, Asim və keçmiş arvadı onu oğulluğa götürüblər) Ola bilsin Şəkidə qohumları yaşayır, oğlu Elsevərin Mingəçevirdə yaşadığı bildirilir. Təxminən 20 il əvvəl qazanc dalınca Sızrana gedib. İstisna deyil ki, Sızranda da kimsə bu şəxs haqqında nəsə bilir. Könüllülər xahiş edir ki, Asim barədə məlumatı olanlar bu telefon nömrəsi ilə əlaqə saxlasınlar: +7 963 759-13-33 (Whatsapp-ı var)

 

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600