Home / Aktual / Səfir Azər Xudiyev Ukraynanın mədəniyyət naziri ilə görüşüb

Səfir Azər Xudiyev Ukraynanın mədəniyyət naziri ilə görüşüb

Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görülə bilər. Bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib. Onun sözlərinə görə, Ukrayna birgə layihələrin həyata keçirilməsinə hazırdır. Nazir vurğulayıb ki, il ərzində Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olar.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir, öz növbəsində, Azərbaycanın çox uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600