Home / Aktual / Şahdağ və Tufandağ kurortu MDB turistləri arasında daha məşhurdur

Şahdağ və Tufandağ kurortu MDB turistləri arasında daha məşhurdur

Rusiyanın “TurStat” analitika agentliyi 2018-ci ilin dekabrı və 2019-cu ilin yanvarında turistlərinYeni il və qış səyahətləri üçün ən yaxşı MDB şəhərlərinin reytinqini açıqlayıb. Minsk, Bakı və Astana 2019-cu ilin qışında MDB şəhərlərinə səyahət reytinqinə liderlik edir.

Məlumata görə, Belarusun Loqoysk və Siliçi dağ-xizək kurortu, Azərbaycanın Şahdağ və Tufandağ kurortları, Qazaxıstanın Almatıdakı Çimbulak kurortuna turlar MDB ölkələrinin turistləri arasında daha məşhurdur.

Çimbulak, Şahdağ və Siliçi 2019-cu ilin qışında turistlər arasında məşhur MDB kurortlarının ilk üçlüyünə daxildir.

2019-cu ilin qışında MDB turistlərinin ən yaxşı 10 şəhəri siyahısında Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Alma-Ata (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) qərarlaşıb.

MDB şəhərlərinin reytinqi 2018-2019-cu ilin qışında turist səfərlərinin populyarlığının təhlili nəticəsində tərtib olunub.

DiasporNews

Check Also

Milli qədim tikmə sənət növlərimiz təbliğ olunur

“Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət …

160*600