Home / Aktual / “Şahdağ” və “Tufandağ” MDB-də ən yaxşı kurortların ilk üçlüyündə

“Şahdağ” və “Tufandağ” MDB-də ən yaxşı kurortların ilk üçlüyündə

“TurStat” analitik agentliyi MDB-yə üzv olan və yaxın xaric ölkələrin ən məşhur dağ-xizək kurortlarının 2019-cu il üçün reytinq siyahısını açıqlayıb. Sorğu internet vasitəsilə aparılıb və 20 yanvar – Beynəlxalq Qar Gününə həsr olunub.

DiasporNews “TurStat”a istinadla xəbər verir ki, qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Azərbaycan, Belarus və Qazaxıstan kurortları daxil edilib.

Agentliyin apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanın “Şahdağ” və “Tufandağ” kurortları 16 faiz, Qazaxıstanın Almatı şəhərinə yaxınlığında yerləşən “Çimbulak” – 23 faiz, Belarusun “Loqoysk” və “Siliçi” dağ-xizək kurortları isə 32 faiz səs toplayıb.

2012-ci ildən başlayaraq hər il qış mövsümündə yanvar ayının son bazar günündən əvvəlki bazar günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə Dünya Qar Günü qeyd edilir.

DiasporNews

Check Also

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı …

160*600