Home / Aktual / Şahin Mustafayev: Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub

Şahin Mustafayev: Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub

Azərbaycanın Rusiyaya investisiyalarının ümumi həcmi bir milyard dolları ötür.

DiasporNews Qərbinfo.az-a istinadən xəbər verir ki, bunu Həştərxanda Azərbaycan iş mərkəzinin açılışı mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir əlavə edib ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları dörd milyard dollara çatıb:

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan ilk ticarət nümayəndəliyini məhz Rusiyada açıb. İkitərəfli ticarətdə müsbət tendensiya müşahidə olunur. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb və iki milyard dollara çatıb. Bu ilin dörd ayı ərzində ticarət dövriyyəsi artıq 30 faiz artıb”.

Qeyd edək ki, bu gün Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Azərbaycanın Rusiyadakı ilk ticarət nümayəndəliyi açılıb.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600