Home / Aktual / Samarada yaşayan həmyerlimiz mükafatlandırıldı

Samarada yaşayan həmyerlimiz mükafatlandırıldı

“Samara Vilayəti Azərbaycanlıları Liqası” İdarə Heyətinin sədri, Vilayət İctimai Palatasının üzvü Şirvan Kərimov “Samaranın inkişafındakı xidmətlərə görə” fəxri nişanına layiq görülüb.

Diaspora ilə İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən xəbərə görə, həmyerlimizin mükafatlandırılması Samara Vilayətinin İctimai Palatasının 10 illiyinə həsr olunmuş “Regionda vətəndaş cəmiyyəti institutlarının inkişafında Samara Rayon İctimai Palatasının rolu” mövzusunda keçirilən konfransda reallaşıb. Fəxri nişanı Şirvan Kərimova Samara Vilayətinin qubernatoru Dmitri Azarov təqdim edib.

Qeyd edək ki, uzun illərdir Samarada yaşayan Şirvan Kərimov 15 ildən artıqdır diaspor fəaliyyəti ilə məşğul olur. O, Azərbaycan həqiqətlərinin Samarada təbliği, ölkəmizin daha yaxşı tanıdılması və soydaşlarımızın inteqrasiya olunması işində fəal iştirak edir.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600