Home / Aktual / Sankt-Peterburq turist vergisi tətbiq etməyə hazırlaşır

Sankt-Peterburq turist vergisi tətbiq etməyə hazırlaşır

Sankt-Peterburq şəhərinin maliyyə komitəsinin sədri Aleksey Korabelnikovun sözlərinə görə, yeni yığım 2019-cu ildən reallaşdırıla bilər.

Komitə sədrinin fikrincə bu addımın atılması Rusiya Federasiyasının Vergi Məcəlləsində dəyişiklik olunmasını tələb edir. Hazırda isə Maliyyə Nazirliyi bu istiqamətdə Mədəniyyət Nazirliyi ilə iş aparır.

Nəzərdə tutulan yığımın detalları hələ müzakirə prosesində olsa da, komitə rəhbəri qeyd edib ki, burada yük biznesin deyil, turistlərin üzərinə düşməlidir: “Bütün hallarda yığımı qonaqlar ödəyəcək. Biz öz turizm infrastrukturumuzun əlavə yükünü demirik, söhbət şəhərimizin bizim infrastrukturumuzdan istifadə edən qonaqlarından gedir. Dünya təcrübəsinə uyğun olaraq, biz turistlərin öz töhfələrini vermələrini ədalətli hesab edirik”.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600