Home / Aktual / Sankt-Peterburqda azərbaycanlı ürəyindən bıçaqlanıb

Sankt-Peterburqda azərbaycanlı ürəyindən bıçaqlanıb

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborqsk rayonunda azərbaycanlı bıçaqlanıb. DiasporNews Rusiya KİV-ə istinadla xəbər verir ki,  oktyabrın 15-i, gecə saatlarında naməlum şəxs rayon ərazisində 24 saat işləyən mağazalardan birinə daxil olub. O, satıcının satış zalında olmamasından istifadə edərək, kassadan 10 min rubl götürüb.

38 yaşlı Azərbaycan vətəndaşı cinayətkarı dayandırmaq istəsə də, ürəyindən bıçaqlanıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DiasporNews

Check Also

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu …