Home / Aktual / Serbiyada qətl törədən azərbaycanlı Bakıda tutuldu

Serbiyada qətl törədən azərbaycanlı Bakıda tutuldu

Doha-Bakı təyyarə reysi ilə Qətərdən Bakıya gələn 38 yaşlı Tural Süleymanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun Serbiyada qəsdən adam öldürmə cinayətini törətməkdə şübhəli bilindiyinə görə “İnterpol” xətti ilə axtarışda olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin “kriminal dünya” ilə yaxınlığı və onun başqa cinayətlər törətməsi ehtimalını araşdırır.

DiasporNews

Check Also

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu …