Home / Aktual / Tbilisidə maşın azərbaycanlı fəhlələri vurdu

Tbilisidə maşın azərbaycanlı fəhlələri vurdu

Tbilisinin Çavçavadze küçəsində qəza baş verib. Nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Təcili tibbi yardım avtomobili Tbilisinin Çavçavadze küçəsində idarəetməni itirərək tikintisi davam edən çoxmərtəbəli binanı qarşısındakı tikiliyə çırpılıb. Ölən və yaralanan fəhlələr də məhz həmin tikilidə olublar.

Yaralılardan birinin vəziyyətinin ağır qiymətləndirilir. “Rustavi2” telekanalının məlumatına görə, ölən və yaralananlar Azərbaycan vətəndaşları və Gürcüstanda yaşayan azərbaycanlılardır. Onlar inşaat şirkətinin xətti ilə Gürcüstanda çoxmərtəbəli binaların tikintisində çalışırlar.

Tikinti şirkətindən isə bildirilir ki, ölən yaralanlanların hamısı Gürcüstan vətəndaşlarıdır.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətdə saxlayır. Hadisənin təfərrüatları araşdırılır. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

DiasporNews

Check Also

Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş elmi seminar təşkil edilib

Azərbaycan Gənclik Platforması və “Elmi Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə …

160*600