Home / Aktual / “Türkiyədə yaşayan azərbaycanlılar bir sıra çətinliklərlə üzləşib” – Bilal Dündar

“Türkiyədə yaşayan azərbaycanlılar bir sıra çətinliklərlə üzləşib” – Bilal Dündar

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar da iştirak edib. O, bildirib ki, görüşdə Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələləri ilə bağlı müzakirələr aparılıb:

“Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar federasiyaya müvəqqəti qeydiyyata düşmələri və uşaqlarını orta ümumtəhsil məktəblərində oxutmaları ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Soydaşlarımızın böyük əksəriyyəti uzun müddətdir Türkiyədə yaşayır və müxtəlif sektorlarda çalışırlar”.

Şamil Ayrım isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin fəaliyyətini yaxından izlədiyini bildirib.  O, federasiyanın iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etməsində fəaliyyətini təqdir edib.

Dostluq qrupunun sədri Türkiyədəki soydaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması üçün çalışacağını deyib. Deputat qeyd edib ki, bundan sonra federasiya ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600