Home / Aktual / “Azərbaycan ruzigarı” Türkiyədə ilin proqramı seçilib

“Azərbaycan ruzigarı” Türkiyədə ilin proqramı seçilib

Türkiyədə İstanbul şəhərində Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafatlandırma gecəsi iki qardaş ölkənin idman, sənət və iş dünyasının tanınmış isimlərini bir araya gətirib.

“BengüTürkTv” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramı mükafatlandırılanlar arasında yer alıb. Mükafat proqramın müəllifi və aparıcısı Səidə Ömərə təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı müğənnilərdən Roza Zərgərli və Ayaz Qasımov, tanınmış teleaparıcı Lalə Azərtaş və Rəşad Kəsəmənli, aktyorlardan Azər Axşam və başqaları da mükafat alanlar arasında yer alıblar.

DiasporNews

Check Also

DAP Dünya azərbaycanlılarını Tükriyədə bir araya gətirəcək

Dünya Azərbaycanlıları Platforması (DAP) tərəfindən 25 avqust-1 sentyabr tarixində Türkiyədə “Dünya azərbaycanlılarının türk həmrəyliyi” tədbiri …

160*600