Home / Aktual / Türkiyədəki azərbaycanlı biznesmenlər fəaliyyətini genişləndirir

Türkiyədəki azərbaycanlı biznesmenlər fəaliyyətini genişləndirir

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbər şəxsləri Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Azərbaycanın Ankaradakı səfirliyində səfir Xəzər İbrahim və Türkiyənin Prezident Administrasiyasında baş müşavir Yalçın Topçu ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs olunub. Diqqətə çatdırılıb iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafında QHT-lərin yeri və rolu hər zaman yüksək olub. Əminliklə vurğulanıb ki, 2012-ci ildə təsis olunan TAİB fəaliyyətini canlandırmaq imkanındadır.

DiasporNews

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600