Home / Aktual / “Ukrayna radiosu”nda Azərbaycan haqqında məlumat verilib

“Ukrayna radiosu”nda Azərbaycan haqqında məlumat verilib

Noyabrın 12-də “Ukrayna radiosu”nda Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı geniş məlumat verilib. Radionun səhər verilişində Azərbaycanın müstəqillik əldə etməsindən sonra respublikada yeni Konstitusiyanın hazırlanması zərurətindən danışılıb. Qeyd olunub ki, 1995-ci ilin mayında Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırılıb.

Komissiyanın hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. Həmin vaxtdan etibarən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Daha sonra verilişdə Azərbaycanın milli musiqisi səsləndirilib.

DiasporNews

Check Also

Vaşinqtonda Parlamentin 100 illiyi qeyd edilib – FOTOLAR

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil …