Home / Aktual / Ukraynada Azərbaycan diasporunun təşəbbüsü ilə tibb müəssisəsi tikilib

Ukraynada Azərbaycan diasporunun təşəbbüsü ilə tibb müəssisəsi tikilib

Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dünya Diasporlar Assambleyasının həmsədri Leonid Bard, “Maqon David” Yəhudi Fondunun nümayəndələri Haym Hazin, Nahman Steynberq və D.Nahman və SSF beynəlxalq təşkilatının sponsorluğu ilə Ukraynanın Uman şəhərində yeni poliklinika istifadəyə verilib.

Tibb müəssisənin açılış mərasimində təşkilatçılarla yanaşı, ictimai-siyasi xadim Aleksandr Oleynik, şəhər rəsmiləri və xaricdən gəlmiş bir sıra qonaqlar iştirak ediblər.

Rövşən Tağıyev bildirib ki, poliklinika hədiyyə olaraq onlar tərəfindən tibbi avadanlıqlarla təmin edilib: “Müsəssisədə Ukrayna və İsrail həkimləri tərəfindən təkcə bir neçə gün ərzində 40 min şəxsə tibbi xidmət göstərilib. Tibbi avadanlıqlar ABŞ və İsraildən gətirilib. Bu kimi müəssisələrin gələcəkdə də Ukraynanın digər bölgələrində istifadəyə verilməsi planlaşdırılır”.

Qeyd edək ki, müəssisə R.Tağıyevin bir müddət əvvəl şəhər meri Aleksandr Tsebriy və mer müavini Sergey Kloçko ilə apardığı danışıqlar nəticəsində ərsəyə gəlib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600