Home / Aktual / Ukraynada cinayət törədən azərbaycanlı Polşada saxlanılıb

Ukraynada cinayət törədən azərbaycanlı Polşada saxlanılıb

Polşanın Qdansk şəhərində Ukraynada cinayət törətmiş, 1990-cı il təvəllüdlü, əslən Azərbaycanın Gəncə şəhərindən olan Müseyibov Elşən Musa oğlu saxlanılaraq geri təhvil verilib.

E.Müseyibov Ukraynanın Rovno (qərbi Ukrayna) şəhərində silsilə quldurluq hadisəsi törətmiş mütəşəkkil cinayətkar dəstənin aparıcı üzvlərindən biri kimi axtarışa verilib.

Ukrayna vətəndaşı olan azərbaycanlı hazırda ölkəsinə gətirilib, Rovno şəhər məhkəməsinin qərarı ilə barəsində 4aylıq həbs qətimkan tədbiri seçilib. (Report)

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600