Ukraynanın Nikolayev şəhərində yaşayan azərbaycanlı Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən uşaq, qadın və kişini xilas ediblər. Hadisə yanvarın 19-u axşam saatlarında baş verib. Qardaşlar işdən geri dönərək Nikolaev şəhərinin kənarında yanan avtomobil görüb və dayanıblar. Maşından uşağın ağlamasını eşidən həmyerlilərimiz dərhal həyatlarını riskə ataraq onu xilas etməyə çalışıblar.

Onlar maşının yük yerini sındıraraq, öncə uşağı sonra ana və atanı xilas ediblər. Hadisədən bir neçə dəqiqə sonra avtomobil partlayıb. Qeyd edək ki, ailəni xilas etdikdən sonra Dövlət Xilasetmə Xidmətinin əməkdaşları, təcili yardım və jurnalistlər gəliblər. Şirinov qardaşları ailəni xilas etmək üçün maddi yardım da göstəriblər.

Ümid və Sabir Şirinov qardaşlarının hər ikisi ailəlidir. Nikolaev regionunda Ukraynalılar Konqresinin üzvüdür.(Open.az)

DiasporNews