Home / Aktual / Ukraynada Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynada Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş I Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Truskavets şəhər Meriyasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə müsabiqənin qalibləri müəyyənləşdirilib.

Truskavets şəhərində noyabrın 15-dən start götürən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 20 gənc vokal ifaçısı iştirak edib. Beynəlxalq musiqi yarışında ecazkar səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənc Nikita Bortsov qalib elan olunub.

Müsabiqəyə qatılanları təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edib. Əfsanəvi Azərbaycan oğlunun xatirəsinə həsr olunmuş beynəlxalq vokal müsabiqəsinin yüksək səviyyədə təşkil olunmasına görə Truskavets şəhərinin meri Andrey Kulçinsk və Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasova minnətdarlığını bildirib.

Truskavets şəhərinin meri Andrey Kulçinski isə çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyanın sevilən sənətkardır. “Bu ildən etibarən ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, – deyə mer əlavə edib.

Tədbirdə Ukraynanın Xalq artistləri Qurban Abbasov, Aleksandr Dyaçenko və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bu ildən başlayaraq Truskavets şəhərində keçiriləcək beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynayacağını bildiriblər.

Sonra müsabiqənin iştirakında xidmətləri olanlara Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri diplomları təqdim olunub. Truskavets şəhər Meriyası isə Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan beynəlxalq müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edib. Müsabiqənin qaliblərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …