Home / Aktual / Ukraynada partlayış: Azərbaycanlı polis öldü

Ukraynada partlayış: Azərbaycanlı polis öldü

Ukraynanın Donetsk şəhərinin Kirovskiy rayonunda insanların sıx olduğu ərazidə ötən gün bir yaraqlı tərəfindən əl qumbarası partladılıb.

Partlayış nəticəsində ölənlər və yaralananlar var. Ölənlər arasında əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1980-cı il təvəllüdlü, polis leytenantı Həsənov Zülfüqar Qardaş oğlu da var. O, ərazidə xidmət aparan zamanı partlayışın qurbanı olub.

Hadisə rayonun “Şaxta-N 19” adlı məkanında baş verib. rayon polisi artıq yaraqlını saxlayıb.

Xatırladaq ki, qeyd olunan ərazi sepratçı “Donetsk Xalq Respubliaksı”nın nəzarətində olduğu bildirilir, azərbaycanlı polis leytenantı isə tanınmayan respublika polisinin əməkdaşı olub.(Open.az)

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600