Home / Aktual / Venesiyaya giriş ödənişli olacaq

Venesiyaya giriş ödənişli olacaq

Venesiyanı birgünlük ziyarət edən turistlərdən şəhərə daxil olmaq üçün haqq alınacaq. DiasporNews ANSA agentliyinə istinadla xəbər verir ki, bu fikri Venesiya şəhərinin meri Luici Bruqnaro söyləyib. O bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək.

Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600