Home / Aktual / Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov və Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi polkovnik Şahin Qocayev Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.

Görüşdə Xarkov şəhərinin 20-dən çox təhsil müəssisəsindən azərbaycanlı tələbələr iştirak ediblər. V.Süleymanov bildirib ki, Azərbaycan dövləti xaricdə təhsil alan tələbələrimizin daim qeydinə qalır. Müşavir dövlətimizin savadlı mütəxəssislərə, yüksək təhsilli gənclərə geniş yer verdiyini qeyd edib. Vurğulayıb ki, hər bir azərbaycanlı tələbə dünyanın müasir çağırışlarına cavab verən şəxsiyyət kimi formalaşmalıdır.

Sonra tələbələr üzləşdikləri çətinliklər barədə məlumat veriblər. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdikləri bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağı və bu barədə mümkün tədbirlərin görüləcəyi bildirilib.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600