Home / Aktual / Yunanıstanda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib

Yunanıstanda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib

Yunanıstanın Salonik şəhərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd Yunanıstanda yaşayan əcnəbilərə Novruz ənənələrini tanıtmaq, milli mətbəximizlə tanış etmək və Azərbaycan mədəniyyətini təbliğ etmək idi. Bayramda  Azərbaycan Respublikasının Yunanıstandakı konsulu cənab Anar Məmmədov və səfirliyinin digər əməkdaşı cənab Emil Abbasov, Salonik şəhərində yerləşən Aristotel Universitetində, Makidoniya Universitetində,  ATEİ universitetində və City Collegdə təhsil alan 25 fərqli ölkənin əcnəbi tələbə və müəllimləri və cəmiyyətin gənc üzvləri iştirak edirdi. Novruzun gəlişini əks etdirən simvollarla bəzədilmiş Qala cəmiyyətində  keçirilən bayram mərasimində qədimdən bugünkü nəslə yadigar qalan qədim el adətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni milli, yeməklər və novruz şirniyyatları süfrələri bəzəyib.
   Tədbirdə çıxış edən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb. Daha sonra  hər bir şəxsə ruzi, bərəkət, sevinc arzulayan konsul Anar Məmmədov, ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. Tədbir zamanı qonaqlara Novruz bayrami haqqinda ətraflı məlumat verilmiş, novruz bayraminin adətləri qonaqlar tərəfindən icra olunmuşdur. Tələbələr milli geyimlərimizdə rəqslər etmiş və qizlar tərəfindən novruzun simvolu olan fala baxma mərasimi keçirilmişdir. Novruz  adətləri xarici qonaqlar tərəfindən maraqla qarşılanmış , milli yeməklərimizin və şirniyyatlarimizin çox dadli olduqlarini bildirmişdilər.

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600