Home / Hadisə

Hadisə

Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib

 Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib. Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. …

Ətraflı oxu »

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə deyib. Komitə rəsmisinin sözlərinə görə, həmin uşaqlar Azərbaycana gətirilərək yaxınlarına qəyyumluğa verilib. S.Heydərov qeyd edib ki, hələ də münaqişə bölgələrində qalan …

Ətraflı oxu »

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır. Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur. Azərbaycanlı gənclərin ataları …

Ətraflı oxu »

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb. Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır. Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların …

Ətraflı oxu »

Azərbaycan Gürcüstana etiraz etdi

Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağvə ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki Azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək …

Ətraflı oxu »

Rusiyada axtarılan azərbaycanlılar Türkiyədə tutuldu

Rusiyanın Kalininqrad şəhərində quldurluq və adam ölümündə ittiham olunaraq beynəlxalq axtarışa verilən iki azərbaycanlı Türkiyənin İstanbul şəhərində saxlanılıb. DiasporNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan 1983-cü il təvəllüdlü Rəhimov Rəhim Fuad oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Cavanşir Abbas oğlu Rusiya tərəfinə təhfil verilib. DiasporNews

Ətraflı oxu »

Ukraynada həmyerlilərimiz azyaşlını yanğından xilas etdi- VİDEO

Ukraynanın Nikolayev şəhərində yaşayan azərbaycanlı Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən uşaq, qadın və kişini xilas ediblər. Hadisə yanvarın 19-u axşam saatlarında baş verib. Qardaşlar işdən geri dönərək Nikolaev şəhərinin kənarında yanan avtomobil görüb və dayanıblar. Maşından uşağın ağlamasını eşidən həmyerlilərimiz dərhal həyatlarını riskə ataraq onu xilas etməyə çalışıblar. …

Ətraflı oxu »

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.  Müdafiə Nazirliyindən DiasporNews-a verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada …

Ətraflı oxu »

Səfir Eleonora Hüseynova vəfat edib

Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib. E.Hüseynova 72 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini …

Ətraflı oxu »

Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar. 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızının rayon kənarında yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar. Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın …

Ətraflı oxu »
160*600