Home / Hadisə (page 3)

Hadisə

Maqadanda iki azərbaycanlı öldü

Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər. DiasporNews Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Aslanova Mayisə Ağamirzə qızı və nəvəsi 2010-cü il təvəllüdlü Aslanov Ruslan Boran oğlu yaşadıqları evdə ölü tapılıblar. Qonşuları tərəfindən aşkar edilən nənə və nəvənin evdə sobadan sızan dəm …

Ətraflı oxu »

Bu günə olan Doha-Bakı aviareysi ləğv edilib

Yanvarın 8-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib. “Qatar Airways” aviaşirkətinin Doha vaxtla saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da …

Ətraflı oxu »

Qazaxda erməni təxribatı – DSX məlumat yaydı

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən DiasporNews-a verilən məlumata görə, yanvar ayının əvvəlindən hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan …

Ətraflı oxu »

Boliviyadan Bakıya kokain gətirən qadın tutuldu – VİDEO+FOTO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 2 kiloqram 65 qram narkotik vasitə-kokainin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən DiasporNews -a verilən məlumata görə, külli miqdarda narkotik vasitə – kokain turist qismində gəldiyini bildirən Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb. …

Ətraflı oxu »

Uğurlu Horadiz əməliyyatından 25 il ötür – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür. DiasporNews-un məlumatına görə, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri …

Ətraflı oxu »

Xarkovda iki türkiyəli tələbə qətlə yetirilib

Ukraynanın Xarkov şəhərində Türkiyədən olan iki tələbənin yaşadıqları evdə meyitləri tapılıb. Bu barədə Xarkov vilayətinin Milli Polisi məlumat yayıb. 20 və 22 yaşında olan qadınlar dekabrın 31-dən mobil telefonlarına cavab verməyiblər. Yanvarın 3-də isə tələbə oğlan polisə müraciət edərək tələbə yoldaşlarının yerinin müəyyən olunmasını istəyib. Polislər türkiyəli tələbələrin yaşadıqları evə gələrək …

Ətraflı oxu »

Venesiyaya giriş ödənişli olacaq

Venesiyanı birgünlük ziyarət edən turistlərdən şəhərə daxil olmaq üçün haqq alınacaq. DiasporNews ANSA agentliyinə istinadla xəbər verir ki, bu fikri Venesiya şəhərinin meri Luici Bruqnaro söyləyib. O bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək. Luici Bruqnaro diqqətə çatdırıb …

Ətraflı oxu »

Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi

Türkiyədə daha bir azərbaycanlı qadın qətlə yetirilib. Hadisə Burdur əyalətində baş verib.  Belə ki, 24 yaşlı Qənirə Cabbarova avtomobildə tanışı H.A. adlı şəxslə mübahisə edib. Mübahisə ərəfəsindı 24 yaşlı H.A Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi endirib. H.A polislər tərəfindən saxlanılıb. Qənirə Cabbarovanın cəsədi ekpertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya …

Ətraflı oxu »

Türkiyədə ağır qəza – İki azərbaycanlı yaralandı

Türkiyənin Çanaqqala şəhərinin Çan rayonunda ağır avtomobil qəzası baş verib. Qəza nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb. Hurma kəndi yaxınlığında Karaçay körpüsündə Ceyhun Əliyev idarəetməni itirərək beton maneyəyə çırpılıb. Nəticədə maşında olan Diana Cumayeva da xəsarət alıb. Hər iki şəxs dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb. DiasporNews

Ətraflı oxu »

Axtarışda olan həmyerlimiz Həştərxanda tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə sərhəd nəzarəti əməkdaşları axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar. O, ötən ilin avqustundan Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölməsi tərəfindən axtarışa verilmişdi. Azərbaycanlı saxta sənəddən istifadə etməkdə şübhəli bilinir. DiasporNews

Ətraflı oxu »
160*600