Home / Lobbi fəaliyyəti

Lobbi fəaliyyəti

Diaspor təşkilatı turizm sərgisində Azərbaycanı təmsil edib

Yunanıstanın Saloniki şəhərində keçirilən 34-cü Beynəlxalq Turizm Sərgisində (Philoxenia) Azərbaycan turizmi təqdim olunub. Azərbaycanın Yunanıstandakı Səfirliyi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Turizm Bürosu EXPO sərgidə Azərbaycan Turizm stendinin təşkilatçıları qismində çıxış edib. Təşkilatçıların verdiyi məlumata görə, Azərbaycan Respublikası Yunanıstanda yeni turizm məkanı kimi tanınmağa başladığı üçün hazırda regiona maraq …

Ətraflı oxu »

Səfir Pakistan televiziyasında Qarabağdan danışdı

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Kay2TV” televiziya kanalının “Biznes-raund” proqramının qonağı olub. Proqramda Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişaf perspektivlərinə yer verilib. Səfir proqramda Azərbaycanın Pakistanla bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum …

Ətraflı oxu »

“Azərbaycanla münasibətlərdə heç vaxt qapalı mövzu olmayacaq” – Lukaşenko

 “Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. …

Ətraflı oxu »

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış rəssam Anar Hüseynzadənin “Abşeron nağılı” adlı fərdi sərgisi təşkil olunub. Səfir Fuad İsgəndərov “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya mərkəzində bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açıb, Azərbaycan mədəniyyəti və …

Ətraflı oxu »

Reyhan dünya üzrə 100 qadından biri seçilib

“ASAN xidmət”-in ideya müvəkkili, gənc ixtiraçı Reyhan Camalova “BBC” tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olub.  DiasporNews xəbər verir ki, bu barədə Reyhan Camalova özü məlumat verib. “Hal-hazırda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşıyıram” -, deyə R.Camalova bildirib. Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq …

Ətraflı oxu »

Gənclərimiz Tbilisidə festivalda iştirak ediblər

Gürcüstanda qeyd olunan “Tolerantlıq həftəsi” çərçivəsində Tbilisidə Nodar Dumbadze adına Dövlət Peşəkar Kukla Teatrında ənənəvi “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festival keçirilib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilən tədbir əsasən milli azlıqların nümayəndələri üçün reallaşdırılıb. Artıq onuncu dəfədir …

Ətraflı oxu »

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu 14-cü festivalda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov da iştirak edir. Bu dəfəki festivalda türkdilli dövlətlərin filmlərinin nümayişinə üstünlük verilib. Festival çərçivəsində keçiriləcək film müsabiqəsində Azərbaycanın “Siçan-pişik” tammetrajlı bədii film göstəriləcək. …

Ətraflı oxu »

Komitə sədri Vaşinqtonda görüşlər keçirib

Amerikada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlərini keçirib. Komitədən DiasporNews-a verilən məlumata görə, səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Dövlət Komitəsi tərəfindən son aylar …

Ətraflı oxu »

Ermənini məğlub edən idmançımız dünya çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır. DiasporNews xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb. Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb. İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. …

Ətraflı oxu »

Moskvada “Yeddi gözəl” sərgisi açılacaq

Noyabrın 21-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılacaq. DiasporNews xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə keçiriləcək. Ekspozisiyanın konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və …

Ətraflı oxu »