Home / Lobbi fəaliyyəti (page 30)

Lobbi fəaliyyəti

Rusiyada Tahir Salahovun rəsmləri oğurlanıb

Rusiyanın paytaxtı Moskvada SSRİ xalq rəssamı Tahir Salahovun rəsmləri oğurlanıb. Dələduzlar T. Salahovun iki sənət əsərini oğurlayıblar. Hazırda rəsmlərin ümumi dəyəri qiymətləndirilir. Məlumatda qeyd edilir ki, Tahir Salahovun rəssam və qalereyaçı qızı Aydan Salahova ötən il tanımadığı dilerlərlə atasının iki sənət əsərinin satışı ilə bağlı razılığa gəlib. Dilerlər sənət əsərlərini götürdükdən sonra …

Ətraflı oxu »

Moskvada Heydər Əliyevin xatirə gecəsi keçirilib

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirin qonaqları arasında məşhur siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələri səfirləri vardı. Tədbirin əvvəlində Ulu Öndər haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib. Gecəni Azərbaycanın Rusiyadakı səfiri …

Ətraflı oxu »

Azərbaycanlı fleytaçı Fransada mükafata layiq görülüb

Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb. 2018-ci ildə Paris, Bolqarıstan, İsrail, Mərakeş, Pekin, Nyu-York, Sankt-Peterburq, Mayami, Martinik, Qvadelupa, Papeete, Numea, La Reünyon, Vilnüs, Sürix, Praqada keçirilən “Qızıl açarlar” …

Ətraflı oxu »

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. Diasporla İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən məlumata görə, müsabiqəyə yarımadadakı rus, çukça, ukrayn, belorus, tatar, buryat, qırğız və digər millətləri təmsil edən 16-30 yaş arasında 14 iştirakçı qatılb. Onların hər biri milli yaradıcılıq nümunələri …

Ətraflı oxu »

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks turniri keçirilib

Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev – WBCA) təşkilatçılğı ilə Almaniyanin Übach-Palenberg şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən məlumata görə, WBCA Dünya kəməri uğrunda ukraynalı boksçu Roman Qolovaşenko almaniyali bokscu Aleksandr Franka qarşı …

Ətraflı oxu »

Ukraynada Heydər Əliyev anılıb

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto …

Ətraflı oxu »

Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik xeyriyyə bazarında

Azərbaycanın Macarıstandakı səfirliyi Budapeşt şəhərində təşkil olunmuş səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib. Yerli ictimaiyyətin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib. Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin …

Ətraflı oxu »

Heydər Əliyev haqqında məqalə İsveçrə mətbuatında

İsveçrənin www.zeitung.ch internet portalında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc olunub. “Azərbaycan xalqı ümummilli liderin xatirəsini yad edir” başlıqlı məqalədə xarizmatik şəxsiyyət, görkəmli dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin vəfat …

Ətraflı oxu »

Kanadadakı azərbaycanlılar erməni təxribatına etiraz edir

Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin də bayrağının asılması ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən …

Ətraflı oxu »

Azərbaycan-ABŞ münasibətləri konqresmenlərlə müzakirə olunub

ABŞ tərəfinin dəvəti əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidovun, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin və Azərbaycanın ABŞ-dakı Səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti ABŞ Senatında keçirilən 12-ci Kəşfiyyat-Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edib. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən DiasporNews-a verilən …

Ətraflı oxu »
160*600