Home / Diaspor / Əcnəbi həkimlərin Qarabağa qanunsuz səfəri araşdırılır

Əcnəbi həkimlərin Qarabağa qanunsuz səfəri araşdırılır

Bir qrup həkimin Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.     

Bu barədə DiasporNews -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib”, – deyə nazirlikdən bildirilib.

DiasporNews 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600