Home / Diaspor / AİDA-nın rəhbəri Parisdə

AİDA-nın rəhbəri Parisdə

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Seymur Fətəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının inkişafa yardım komitəsinin (OECD/DAC) nəticələr şurasının Parisdə keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının səmərəliliyinin artırılmasına həsr olunan görüşündə iştirak edib.

Görüşün əsas məqsədi Komitəyə üzv və qonaq statusu daşıyan ölkələrin inkişafa yardım təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində gördüyü işlərin qiymətləndirilməsi olub. Bu ölkələrin üzləşdikləri ümumi çətinliklərin aradan qaldırılması üsulları müzakirə edilib.

Görüşdə çoxtərəfli təşkilatlar, yeni yaranan donorlar və tərəfdaş ölkələr tərəfindən dayanıqlı inkişaf məqsədlərinə çatmaq istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …