Home / Diaspor / Azərbaycan diasporunda ağır itki

Azərbaycan diasporunda ağır itki

Azərbaycan diasporunun formalaşmasında xidmətləri olmuş, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri, görkəmli ziyalı Vidadi Koroğlu oğlu Salahov oktyabr ayının 14-də vəfat edib.

DiasporNews xəbər verir ki,Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dovlət Universitetində təhsil alıb. O, 1983-1993-cü illərdə Qazaxstanın müxtəlif orta məktəblərində tarix muəllimi işləyib, 1994-1997-ci illərdə müxbir kimi fəaliyyət göstərib. 2004-cu ildən “Turan-exspress” qəzetinin baş redaktorudur. Tarix üzrə fəlsəfə doktoru olan V.Salahov Beynəlxalq Ekologiya və Energetika Akade¬miya¬sının müxbir üzvüdür.

V.K.Salahovun Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi xidmətləri olub. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diaspo-runun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. V.K.Salahov Qazaxıstan dövləti tərəfindən də müxtəlif mükafatlarla təltif edilib.
Allah rəhmət eləsin.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi mərhumun ailə üzvərinə və yaxınlarına, eləcə də, Qazaxıstandakı Azərbaycan icmasının üzvlərinə başsağlığı verib.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …