Home / Diaspor / Azərbaycan diasporunda yenilik edən Qarabağ qazisi

Azərbaycan diasporunda yenilik edən Qarabağ qazisi

Rafiq Əliyev: “İKT ilə bağlı istənilən dəstək və köməyi soydaşlarımıza edə bilərik” 

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) diasporda tətbiqi hədəflərə daha tez çatmaqda mühüm əhəmiyyət kəsb edir. Elə müsahibimiz Rafiq Əliyev də İT mütəxəssisi olaraq diaspor sahəsində bir sıra yeniliklər edib.
Onun Rusiyada yaratdığı Ruslana Tv (ruslanatv.ru) və “Livetv.az” platformaları Azərbaycan həqiqətlərinin xaricdə yayılması və soydaşlarımızın fəaliyyətinin geniş ekranda görünməsinə böyük kömək olur. Qarabağ qazisi olan Rafiq Əliyev, həmçinin xaricdəki soydaşlarımıza instənilən formada İKT baxımından təmənnasız olaraq dəstək göstərir. Qeyd edək ki, Rafiq Əliyev 1970-ci ildə Sumqayıtda doğulub. 1984-cü ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1987-ci ildə hərbi təhsilini Rusiyanın Voronej şəhərindəki hərbi məktəbdə davam etdirib. Sonra Moskva Texniki İnstitutunun Avtomobil təsərrufatı fakültəsini bitirib. 1991-ci ildə Vətənə dönüb.1992-ci ildən könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. Şuşa, Laçın, Zəngilan, Qubadlı və Füzuli rayonlarının müdafiəsi uğurunda döyüşüb. Müharibə müddətində iki dəfə yaralanmağına baxmayaraq atəşkəs elan olunana kimi döyüşlərə qatılıb. 1996-cı ildən Rusiya Federasiyasında yaşayır.

-Ruslana Tv-nin əsas hədəfi nədir?
-Ruslana Tv 5 ildir IP tv olaraq fəaliyyət göstərir. Rusiyanın aidiyyəti nazirliyindən fəaliyyət üçün lisenziya verilib. Azərbaycanda buna oxşar Ailə Tv var. Biz burada rəsmi operatoruq. Bütun Rusiya ərazisindən kim istəsə ödəniş edib Ruslana TV-ə qoşula bilər. Bizim bu fəaliyyətimiz abunəçilərimiz tərəfindən çox bəyənilir. Ona görə də bizə tez-tez təşəkkür məktubları yazırlar. Çünki onlar bizim paketi əldə etdikdə Rusiyanın əksər və Azərbaycanın bütün kanallarına, eləcə də dünyanın istənilən nöqtəsindəki telekanallara baxa bilirlər. Bu da onlara rahatlıq verir. Bu həm də bizə yeni motivasiya verir. 
Biz daimi abunəçilərimizi diqqətdə saxlayırıq. Hətta əlamətdar günlərdə onlara hədiyyələr də veririk.
Ruslana TV xaricdə yeni böyüyən diaspor nəsilinə Azərbaycan dilini unudumamaqda yardım edir. Çünki burada azərbaycanlı uşaqlar bağçaya və sonra orta məktəbə gedəndən sonra rusca danışırlar. Belə olanda da onlar Azərbaycanca danışa bilmirlər. Kimsə danışanda da aksentlə danışır. Amma Ruslana TV yə qoşulanda azərbaycanlı ailələr daimi bizim telekanallara baxa bilir. Bu da uşaqların dilimizi unutmamasına kömək edir. Məsələn, mənim iki qızım var. Kiçik qızım Azərbaycan kanallaraına baxmaqla dilimizi öyrənməyə başlayıb. Ümumiyyətlə, biz bununla Rusiya ərazisində təkcə dilimizi deyil, mədəniyyətimizi, adət-ənənəmizi, tariximizi tanıtmış oluruq.

– Ruslana Tv-də paket olaraq neçə kanal var?

-Paketə 24 Azərbaycan, 50 Türkiyə,150 Rusiya telekanalları daxildir.

– “Livetv.az”ın hədəfi fərqlidirmi?

– “Livetv.az” keçən ilin noyabr ayından fəaliyyətə başlayıb. Bu, insanlara, xüsusən də xaricdəki soydaşlarımıza mobil təklifdir. Yəni insanlar istənilən yerdə mobil telefonla “play.google.com” saytı vasitəsilə Azərbaycan kanallarına və Türkiyənin bəzi kanallarına baxa bilərlər. Bu android platforması sırf azərbaycanlılar üçün yaradılıb. Burada heç bir kommersiya marağı yoxdur. Hətta burdaa reklam belə, vermirik. Bunu yaratmışıq ki, xaricdə vətən üçün çalışan soydaşlarımızı geniş ekrana çıxaraq.
Şadam ki, bütün Azərbaycan telekanallarının rəhbərlikləri bizim bu platformada iştiraka razılıq verdilər. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm.
Mən xaricdək bütün bu sahə ilə məşğul olan soydaşlarımıza səslənərək bildirirəm ki, özlərinin müəllif proqramlarını, ideyalarını, videolarını bizə göndərsinlər. Təmənnasız olaraq onları “Livetv.az”da yerləşdirmək mümkündür. Çünki kanala giriş ödənişsizdir. Burada məqsəd odur ki, soydaşlarımızın öz yaradıcılığı əsasında hazırladıqları materiallarla Azərbaycanı tanıdaq.

– Soydaşlarımızdan bu sahə ilə bağlı sizə nə kimi yardım olur?

– Gələcəkdə biz düşünürük ki, “Livetv.az” internet telekanalını da yaradaq. Bunun üçün bizə dəstəyə ehtiyac var. Rusiyada çoxlu Azərbaycan diaspor təşkilatları var. Amma bizim fəaliyyətimizə onlar hər hansı dəstək göstərməkdə maraqlı deyillər. Lakin biz qarşılıqlı əməkdaşlıq çərçivəsində onların işlərini geniş ekrana çıxara bilərik. Son zamanlar təkcə Dünya Azarbaycanlılarının İttifaqının, həmçinin Ümumdünya Azarbaycan Mədəniyyət Fondunun rəhbəri Füzuli Məmmədov bizə maddi yardım göstərib. Biz ondan heç bir şey istəmədiyimiz halda, o şəxsən gəlib bizim fəaliyyətimizlə maraqlandı və lazımi dəstəyi göstərdi. Bu diqqət və qayğıya görə mən ona komandamız adından dərin təşəkkürümü bildirirəm.

– İKT baxımından soydaşlarımıza nə kimi yardımlar edirsiz?

– Ruslana TV həm də artıq informasiya mərkəzidir. Biz istər Rusiya, istərsə də digər ölklərdə yaşayan soydaşlarımıza informasiya dəstəyi göstərməyə hazırıq. Biz Rusiyanın 10 regionunda Azərbaycan icması üçün sayt yaratmışıq. Bizim mütəxəssislər İKT ilə bağlı istənilən dəstək və köməyi soydaşlarımıza edə bilərlər. Bu kimi dəstəyi soydaşlarımıza etməkdən məmnun olarıq.
Biz Dünya Azarbaycanlılarının İttifaqı və həmçinin Ümumdünya Azarbaycan Mədəniyyət Fondu ilə birgə layihələr həyata keçiririk. Artıq Novruz bayramı ilə bağlı belə tədbir etmişik. Perspektivdə 28 May Respublika Günü və 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı layihə edəcəyik. Eyni zamanda biz Müslüm Maqomayev və İmadəddin Nəsimi ilə bağlı videoçarx hazırlayırıq.

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600