Home / Diaspor / Azərbaycan mədəniyyəti Nant şəhərində təşviq edilib

Azərbaycan mədəniyyəti Nant şəhərində təşviq edilib

Fransanın Nant şəhərində Azərbaycan və Türkiyə Mədəniyyət Assosiasiyalarının (ACAF-ACTN) birgə təşkilatçılığı ilə hər iki ölkənin mədəniyyət günləri keçirilib.

Assosiasiyaların məqsədi Nant şəhərində mədəniyyətimizi təşviq etmək olub.

Assosiasiyalar hər iki ölkənin milli mətbəxini nümayiş etdirib. Eyni zamanda, hər iki ölkənin musiqiləri səsləndirilib. Tədbirdə tariximiz, mədəniyyətimiz haqqında nəşrlər, eləcə də kənd təsərrüfatı məhsulları, meyvə şirələri, konservləşdirilmiş tərəvəzlər ziyarətçilərə təqdim edilib.

Tədbir çərçivəsində xeyriyyə aksiyası keçirilib. Aksiyada toplanan ianələr sudan korluq çəkən Afrikada 30 il fəaliyyət göstərəcək su quyusunun qazıntısına sərf olunacaq.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …