Home / Diaspor / Azərbaycan-Qətər əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Qətər əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.

Səfirlikdən DiasporNews-a bildiriblər ki, görüşdə səfir investisiya fəaliyyətinin təşviqi və xarici investorların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib, qarşılıqlı investisiyaların cəlb edilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcudluğunu bildirib, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını qeyd edib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600