Home / Diaspor / Azərbaycana gələn əcnəbilərin sayı 10 faiz artıb

Azərbaycana gələn əcnəbilərin sayı 10 faiz artıb

“Bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 199 770 halda 747 107 olub”.
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovqurumun 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən artıq artım olduğunu göstərir: “Hesabat dövründə 347.767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 315 736 olub. Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir”.(Azvision.az)

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600