Home / Diaspor / Müstəqillik Günü Barselonada qeyd edilib

Müstəqillik Günü Barselonada qeyd edilib

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Kataloniya hökumətinin nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Barselonada yaşayan Azərbaycan diaspor cəmiyyətinin üzvləri iştirak ediblər.

Azərbaycan və İspaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanılan tədbirdə çıxış edən ASB-nin sədri Kərim Kərimov Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib, Azərbaycanın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşdığını bildirib.

Ermənistan Azərbaycan münaqişəsindən danışan Kərim Kərimov Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Tədbirdə çıxış edən “Barselona Vəkillər Kollegiyası”nın üzvü hüquqşünas Xaviyer Medina Ortis Azərbaycan və İspaniya arasında güclənməkdə olan dostluq əlaqələrindən danışıb, ölkəsinin daima Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Sonda tədbirdə ölkəmiz haqqında videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ölkəmizin zəngin tarixini, mədəniyyətini özündə əks etdirən jurnal, buklet və broşurlar paylanılıb.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600