Home / Diaspor / Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olunub

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olunub

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib və “Azərbaycanın müstəqillik yolu” adlı videoçarx nümayiş etdirilib.

Tədbiri açan Azərbaycan Evi Mədəniyyət və Dostuq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar qonaqlara Azərbaycanın müstəqillik gününün tarixindən danışıb. O deyib ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Daha sonra gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze çıxış edib. O, Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə yaşanmış problemlərdən danışıb və qonaqların suallarını cavablandırıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları Günel Səlimova və Ramin Ələkbərov, həmçinin London Universitet Kollecinin məzunu Turan Qafarlı müstəqillik günü ilə bağlı fikirlərini bölüşüblər.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600