Home / Diaspor / Azərbaycanın Dövlət Müstəqilliyi Nyu-Yorkda qeyd edilib

Azərbaycanın Dövlət Müstəqilliyi Nyu-Yorkda qeyd edilib

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümü qeyd edilib. Azərbaycan Nyu-York Assosiasiyasının təşkialtçılığı ilə keçirilən tədbirdə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyeva, azərbaycanlı idmançı, ABŞ çempionu Elgün Xanoğlanlı çıxış edərək, soydaşlarımızı təbrik ediblər. 100 il öncə qazanılmış müstəqilliyin bərpasının 27 illik tarixindən bəhs olunub, müasir Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə idman sahəsində qazandığı qələbələr vurğulanıb.

Eyni zamanda, Azərbaycan Nyu-York Assosiasiyasının uzun illər ərzində Azərbaycanın tanıdılması, soydaşlarmızın birliyi, həmrəyliyi naminə gördüyü işlərdən danışılıb. Bayram proqramı azərbaycanlı müğənnilərin, Nyu-Yorkdakı “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzinin kiçik rəqqaslarının ifası ilə davam edib.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600