Home / Diaspor / Azərbaycanla İtaliya arasında birgə Fəaliyyət Planı hazırlanır

Azərbaycanla İtaliya arasında birgə Fəaliyyət Planı hazırlanır

Azərbaycanda 95 İtaliya şirkəti qeydiyyatdan keçib və bu şirkətlər dövlət əsaslı 41 podrat layihəsində iştirak edir.

DiasporNews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.

Nazir Şahin Mustafayev hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparıldığını diqqətə çatdırıb.

DiasporNews

 

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600